Göygöldə 36 yaşlı qadın intihar edib
Dərc olunub:
24-01-2024, 21:02
Göygöldə 36 yaşlı qadın intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Hüseynova Kifayət Sakit qızı evin damında özünü asıb.
İntiharın səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.