Sizin Reklam Burada

Bütün yollar İlham Əliyevi göstərir

Bütün yollar İlham Əliyevi göstərir2023-cü il xalqımız və dövlətimiz üçün uğurlu il kimi yadda qaldı. Azərbaycan həm xarici, həm daxili siyasət arenasında uğurlara və tarixi zəfərlərə imza atdı.

Bu gün xalqımız güclü Azərbaycanımızla qürur hissi duyur. Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müstəqil Azərbaycan 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirdi. Həmçinin beynəlxalq birlik xalqımızın yenilməz iradəsinin, torpaq sevgisinin şahidi oldu.

Vətən müharibəsində şanlı qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev bildirdi: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, döyüşkən xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

İndi Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib.

2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Martın 9-da “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. İyulun 21-də Şuşada Qlobal Media Forumunun açılış mərasimi olub. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Noyabrın 15-də Bakıda XVII Beynəlxalq Caz Festivalı, 21-də “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans, 24-də isə Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü baş tutub.

Həmçinin müxtəlif vaxtlarda Türk Dövlətləri Təşkilatının kütləvi iclası keçirilib. Bütün bunlarla yanaşı bu ilin sonunda ölkəmiz dünyanın nüfuzlu tədbirlərindən sayılan COP-29-un ev sahibliyini etməyə hazırlaşır.
Ulu Öndərimizin milli birlik amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır.

Ötən 20 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli birliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli birliyimizin ifadəsi, qələbələrimizin əsas səbəbidir.

Eyni zamanda dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə tək Azərbaycan vətəndaşlarının deyil, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın dəstəyini alıb, onların alternativsiz lideri olub. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivlər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görməlidir.

Ölkəmizdə Lider-Xalq birliyinin daim genişlənən çevrəsində qalib sərkərdə, mükəmməl siyasətçi Prezident İlham Əliyevlə 50 milyonluq bir xalqın mənəvi bütövləşməsi də yer alır. Bu mənada dünya azərbaycanlılarının həmrəyliyi təkcə dövlət bayramlarından biri kimi qeyd edilən 31 dekabr günü ilə bağlı deyil, möhtəşəm bir reallıq kimi daim həyatımızın önəmli bir parçasıdır.

Cənab İlham Əliyev Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Son illər qeyri-neft sektorunun inkişafı, biznes mühitinin liberallaşdırılması məqsədilə hökumət səviyyəsində həyata keçirilən kompleks tədbirlər kiçik və orta sahibkarlığın inkişafını sürətləndirib. Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sahədə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində qısa müddətdə mühüm layihələri gerçəkləşdirməyə nail olub.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfra endirilib.
44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başlayıb. Bu işlərin əsasını nəqliyyat və kommunikasiya əlaqələrinin, vasitələrinin bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən yaşayış yerlərinin salınması və sair təşkil edir.

Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. Ekspertlər qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2021-ci il dekabrın 10-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştləri, sosial sığorta və digər güzəştlər tətbiq ediləcək.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri müəyyən ediləcək.

Dünyanın nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabər, dünya üzrə orta göstəricidən yüksəkdir. Hesabatda ölkəmiz Fransa, İspaniya, İtaliya və Polşa kimi inkişaf etmiş ölkələri qabaqlayıb və indeks üzrə ən çox irəliləyən ölkələr sırasında yer alıb. İqtisadiyyatda əsasən bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri dünyada Azərbaycan iqtisadiyyatına inamı gücləndirir.

Dünya Bankının “Doing Business” hesabatında son illərdə ölkəmizdə reallaşan islahatlar vurğulanaraq, nümunəvi islahatlar kimi nəzərə alınıb. Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb.

Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasının nətiticəsidir ki, il ərzində müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənib, yeni sənaye sahələri yaradılıb, respublikamızda sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi getdikcə yüksəlib.

Azərbaycan xalqı dövlətimizin müstəqillik tarixinin ən vacib seçkilərindən birinə hazırlaşır. Azərbaycan 07 fevral 2024-cü il tarixdə ölkəmizin növbəti yeddi il idarə edəcək prezidentini seçəcəkdir. Bundan sonrakı dövr bundan öncəkil illərdən daha əhəmiyyətli və daha da mürəkkəb hesab edilir. Bütün dünya ciddi sosial-siyasi-iqtisadi-hərbi dəyişikliklərinin astanasındadır. Açıq demək lazımdır ki, bu dəyişikliklər 2019-cu ildən başlamışdır və özünün mahiyyətcə son mərhələsinə doğru irəliləyir. 2019-cu ildən sonrakı dövrdə baş verən bütün geosiyasi məsələlərin gedişində ölkə başçısı cənab İlham Əliyev beynəlxalq actor kimi yüksək peşəkarlıq və ləyaqət nümayiş etdirmişdir.

Pandemiyadan əziyyət çəkən dövlətlərə verilmiş yardımlar, dünyanın bir çox dövlətlərində müharibədən əziyyət çəkən xalqlar göstərilmiş dəstəklər, beynəlxalq nüfuzlu təşkilatların inkişafında göstərilmiş fəallıq, türk dövlətlərinin birliyinin təmin edilməsində nümayiş etdirilmiş cəsarət, eyni zamanda bütün riskləri düzgün hesablayaraq 30 illik erməni işğalını 44 gün+24 saatlıq əməliyyatlarla aradan qaldırılması və dünyada separatizmin kökünü kəsən lider kimi tarixə düşən İlham Əliyev bu seçkilərdə yenidən favoritdir. Ən sərt rəqibləri belə İlham Əliyevin nüfuzunu qəbul etməkdədirlər.

Dünyamızın stabilliyi ciddi şəkildə pozulmuşdur. Bu prosesdə kiçik dövlətlər və xalqlar daha çox əziyyət çəkir. Azərbaycan o ölkələrdəndir ki, yerləşdiyi regionun mürəkkəbliyinə, tarixi rəqabətliyin və hətta düşmənçiliyin olduğu bir bölgədə İlham Əliyevin müəyyən etdiyi daxil və xarici siyasət kursu ilə öz sabitliyini qorumuş, ərazi bütövlüyün təmin etmiş, regional və beynəlxalq təşkilatların əvəzedilməz üzvünə çevrilmişdir.

Biz beynəlxalq münasibətlər sistemini düzgün təhlil etməyi bacaran, milli təhlükəsizli və daxili sabitliyi qorumağı bacaran liderin növbəti illərdə də ölkəmizi idarə edərək inkişaf etdirməsini istəyirik. Bütün yollar sabitliyi, inkişafı, zəfəri və İlham Əliyevi göstərir!

Emin Əliyev
Yeni Azərbaycan Partiyası Zəngilan Rayon təşkilatının üzvü, sahibkar

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər