Siyəzəndə “Biləndər” adlı intellektual turnir keçirilib

Siyəzəndə “Biləndər” adlı intellektual turnir keçirilibAzərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Biləndər-zəkaların payız kuboku” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun formatı üzrə Siyəzən rayonunda seçim turu keçirlib.

Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihə barədə danışaraq qeyd edib ki, layihə şimal regionuna daxil olan rayonlarda – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən zonasında yaşayan və təhsil alan gəncləri intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək məqsədi daşıyır. Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçiriləcək və hər bir zonanın qalibi Quba şəhərində təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Nuran Nurullayev çıxışında belə əhəmiyyətli və gənclərin maariflənməsinə xidmət edən layihənin Siyəzən rayonunda da keçirilməsini təmin etdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda Siyəzən şəhər 4 nömrəli tam orta məktəbinin şagird və gənc müəllimlərdən ibarət “Gənclik” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Siyəzən şəhər 6 nömrəli tam orta məktəbin “Vurğun” və Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin “Müşfiq” biliciləri tutub.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər.

Qeyd edək ki, layihə çərçivəsində Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında da seçim turları keçiriləcəkdir.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər