Sizin Reklam Burada

Fazil Mustafa Nizami rayon seçiciləri ilə görüşüb - FOTOLAR

Fazil Mustafa Nizami rayon seçiciləri ilə görüşüb - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nizami rayonu Mədəniyyət Evində seçicilərlə növbəti izdihamlı görüşünü keçirib.

Avrasiya.net xəbər verir ki, Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib, sənədlərdə yer alan sosial sahədə yaranan problemlərin həlli və çıxış yollarından danışıb. Seçicilərinin etimadını qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edən Fazil Mustafa deyib ki, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycan vətəndaşının sosial rifahı yaxşı olmalıdır. Məmur özbaşınalığına, süründürməçiliyə son qoyulmalıdır.

Daha sonra F.Mustafa əlillik dərəcələrinin təyin olunma və verilməsi məsələlərinə toxunub. O, qeyd edib ki, Azərbaycanda əlillik əhalinin 4,3%-ni təşkil edir. Dünya əhalisi ilə müqayisədə, həm də real durumu nəzərə aldıqda, çox azdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə ölkə əhalisinin 15%-i əlil hesab edilə bilər.

Fazil Mustafa əlilliyin artmasına təsir edən amillərlə bağlı seçicilərə geniş məlumat verdikdən sonra əlilliyin qiymətləndirilməsindəki qüsurlardan danışıb: "İlkin və təkrar əlilliyin qiymətləndirilməsi üçün on iş günü ərzində cavab verilməli olduğu halda aylarla cavab verilmir. Bu müddət bəzən 1 ilə qədər uzanır. Bu da iki səbəbdən olur. Birincisi, yerlərdə TSEK-lərin formalaşmaması, formalaşmış TSEK-lərdə tam tərkib olmamasıdır. Bu da TSEK-lərin iş yükünü artırır və qiymətləndirmə gecikir. İkincisi, təkrar əlilliyin qiymətləndirilməsindədir. Qanuna görə əlillik müddəti bitdikdən 6 ay ərzində əlillik bərpa olunarsa pulu ödənilir. TSEK-lər də qəsdən əlilliyi 6 aydan artıq müddətə qiymətləndirirlər ki, əlil həmin imkandan məhrum olsun, bu da əlil vətəndaşlar arasında haqlı narazılıq yaradır. Əlilliyin təyin olunması üçün əyani müayinənin olması vacibdir. Kompüter üsulu ilə əlilliyin təyin olunmasını mütərəqqi üsul adlandırsalar da, qeyri-rəsmi olaraq əyani üsulla müayinəyə üstünlük verirlər. Bu da TSEK-lərin azlığından və iş yükünün çoxluğundan asılı olaraq şikayətlərə vaxtında baxılmadığına görə haqlı narazılıqlar yaradır. Bunun üçün rayonlarda TSEK-lərin sayını artırmaq və lazımı kadr və avadanlıqlara komplektləşdirmək, əlilləri əyani müayinəyə cəlb edərək şikayətin qarşısını almaq olar".

F.Mustafa seçicilərinə seçki platforması və proqramı barədə geniş məlumat verdikdən sonra onların çoxsaylı suallarını cavablandırıb. Sualların əksəriyyəti əhalini daha çox düşündürən əmək haqqları, pensiya və müavinətlərin azlığı, bahalaşma ilə bağlı olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər