Sizin Reklam Burada

Fazil Mustafanın vəkili Quzanlıda izdihamlı görüş keçirib - FOTOLAR

Fazil Mustafanın vəkili Quzanlıda izdihamlı görüş keçirib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Fəxrəddin Sadıqov Ağdamın Quzanlı kəndində seçicilərlə görüş keçirib.

Avrasiya.net xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq Fazil Mustafanın sevən, hörmət edən seçicilər kəndin Mədəniyyət evinə toplanıb. Görüşə gələn 300-dən çox insan Mədəniyyət evinin akt zalına güclə sığışıb.

Fəxrəddin Sadıqov əvvəlcə F.Mustafanın seçki platforması və proqramından bəhs edib. O, qeyd edib ki, Fazil Mustafanın seçki platformasında Azərbaycanın əsas problemi tədricən siyasi dövlətdən liberal dövlətə istiqamətlənməklə həll oluna bilməsi göstərilib: "Buna görə də dövlətin funksiya və güclərinin məhdudlaşdırılmasının, fərdin hər şeydən üstün tutulmasının vacibliyini vurğulayaraq, eyni zamanda bütün milli azlıqların və etnik qrupların hüquqlarının qorunmasını diqqətə alaraq xalqın qeydsiz-şərtsiz hegemon olduğu liberal-demokrat sistemə keçid zəruridir. Liberal dəyərlərə əsaslanan dövlət olmadan, demokratiya və azadlığı mənimsəmədən, dünyadakı zənginlikdən kifayət qədər pay almaq mümkün deyildir. Bilinən həqiqətdir ki, dünyanın ən inkişaf etmiş ölkələri insan hüquqlarına, sərbəst bazar iqtisadiyyatına və demokratiyaya ən çox sahib çıxan ölkələrdir. Qloballaşan dünyada özümüzü dünyadan təcrid etməmək üçün Azərbaycanın dəyişməsi, IV Sənaye İnqilabı çağının tələblərini anlayan, məhz bu dəyərlərə söykənən bir ölkəyə çevrilməsi qaçılmaz bir reallıqdır".

Daha sonra vəkil diqqəti sosial sahədəki islahatların vacibliyinə yönəldib. Qeyd edib ki, F.Mustafanın əsas məqsədi əhalinin sosial rifahını yaxşılaşdırmaq, əmək haqqları, müavinət və pensiyaları bazar iqtisadiyyatı tələblərinə uyğun artırmaqdır. Yaşa görə əmək pensiyası təyin olunan şəxslər pensiya təyin olunduqdan sonra işləməyə davam edərlərsə, ödənilən məcburi dövlət sosial sığorta haqları əlavə pensiya kapitalı formasında fərdi şəxsi hesablarda toplanır və yenidən hesablanması üçün pensiyanın üzərinə gələrək artıma səbəb olur. Ancaq tələb olunan staj və pensiya kapitalı olmayan şəxslərə yaşa görə 220 manat sosial müavinət təyin olunur və onlar təyinat aparıldıqdan sonra hər hansı fəaliyyətlə məşğul olarlarsa və ya adlarına aktiv VÖEN olarsa sosial müavinət dayandırılır. Əgər müavinət aldığı dövrdə hər hansı bir fəaliyyəti olursa, həmin dövrdə aldığı müavinətin məbləği ondan tutulur, bu da sosial həssas vətəndaşların haqlı narazılığına səbəb olur.

Sosial sahədə yaranan bir çox problemlər Fazil Mustafaya etimad göstəriləcəyi təqdirdə həll olunacağını bildirən vəkil sonda seçicilərinin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər