Bakıda 34 yaşlı qadın dəm qazından öldü
Dərc olunub:
23-01-2024, 09:44
Bakının Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində 34 yaşlı qadın dəm qazından boğulub.
Avrasiya.net xəbər verir ki, 1990-cı il təvəllüdlü Elmira Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.