Sizin Reklam Burada

Fazil Mustafanın növbəti möhtəşəm görüşü Nərimanovda keçirilib - FOTOLAR

Fazil Mustafanın növbəti möhtəşəm görüşü Nərimanovda keçirilib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa bu gün Nərimanov rayonunda seçicilərlə növbəti görüşünü keçirib.

Avrasiya.net xəbər verir ki, həmişə olduğu kimi bu dəfə də F.Mustafanın görüşü izdihamlı keçib. Fazil Mustafa ənənəvi olaraq seçki platforması və proqramı, orada yer alan tezisləri seçicilərin diqqətinə çatdırıb. Onların etimadını qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib. Daha çox sosial-iqtisadi sahələrdəki problemlərə toxunan prezidentliyə namizəd qeyd edib ki, bizdə son illərdə sosial yardım bir korrupsiya elementinə çevrilib: "Sosial yardımların məqsədi yoxsulluq göstəricilərini azaltmaq deyil, təqaüdçülər, şəhid ailələri, müharibə veteranları, tələbələr kimi həqiqətən sosial müavinətlərə ehtiyacı olan təbəqələrin insanca yaşamasını təmin etmək olmalıdır".

F.Mustafa onu da vurğulayıb ki, iş yerlərində yeni doğulmuş 3 yaşınadək uşağa qulluğa görə ödənişli sosial məzuniyyətə gedən xanımlar sosial müavinətin məbləğinin az olması səbəbi ilə uşağın 3 yaşını gözləmədən uşaq bağçasının himayəsinə verərək işləmək üçün geri dönürlər. Bir neçə illərdir ki, digər müavinətlər artırılsa da, bu müavinət növü artırılmır. Uşağa 1 yaş 6 aylığınadək 44 manat, 3 yaşınadək isə 28 manat müavinət verilir. Bu rəqəm reallıqda uşağın bir neçə günlük ehtiyacını ödəyəcək səviyyədə deyil. Prezidentliyə namizəd daha sonra onu da qeyd edib ki, hərbçilər arasında müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər olarsa, onlara əlilliyə görə əmək pensiyası təyin olunur. Ancaq şəxsin orqanizminin funksiyası 31-81% pozularsa onlara pensiya əvəzinə əlilliyə görə müavinət təyin olunur. Bu da öz növbəsində aldıqları məbləğin həcmində böyük fərq edir və narazılığa səbəb olur. Eyni zamanda pensiyaçılara bayramlar münasibəti ilə minimum pensiya həcmində əlavə müavinət ayrılmalıdır. Ən vacib məsələlərdən biri də pensiya yaşına çatmadan vəfat etmiş pensiyaçının sığorta fonduna yığılmış vəsaitinin inkişaf etmiş ölkələrdə olduğu kimi onun qanuni varislərinə verilməsidir. Bu problem də yaxın zamanlarda öz həllini tapmalıdır.

Seçki platformasında yer alan tezislərdən seçicilərinə geniş məlumat verdikdən sonra namizəd onların suallarını da ətraflı şəkildə cavablandırıb.








Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər