Sizin Reklam Burada

Fuad Əliyevin Xırdalanda möhtəşəm görüşü - Fotolar

Fuad Əliyevin Xırdalanda möhtəşəm görüşü - Fotolar2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Xırdalanda keçirib.

Avrasiya.net xəbər verir ki, vu dəfə də möhtərəm və izdihamlı keçirilən görüşdə F.Əliyev seçiciləri öncə seçki platforması və proqramı ilə tanış edib, orada yer alan hər bir tezis barədə geniş məlumat verib.

F.Əliyev çıxışını daha çox iqtisadi, sosial sahəyə, problemlər üzərində kökləyib.

O, qeyd edib ki, ölkədə baş verən sosial problemlərdən biri də maaşların azlığı və ya onların gecikməsi ilə bağlıdır. Maaş azlığı sosial problemlər yaradır ki, bu da xoşagəlməz hallarla nəticələnir: "Əhalinin sosial rifahının yaxşılaşdırılması maaşların artımı ilə bağlıdır. Maaşlar reallığa, bazar iqtisadiyyatının tələblərinə uyğun artırılmalıdır".

F.Əliyev daha sonra əlillik dərəcələrinin verilməsi ilə bağlı məsələdə hələ də gərginliklər, problemlərin yaşanmaqda olduğundan da bəhs edib.

O, qeyd edib ki, xüsusən məlum nazirlik tərəfindən bir çox İkinci Qarabağ müharibəsi əlili və iştirakçısı, veteranına bu məsələdə biganəlik göstərilir ki, bu da qəbuledilən deyil: "Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir".

Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər