Sizin Reklam Burada

Azərbaycanlı gənc dünya ikincisi olub

Azərbaycanlı gənc dünya ikincisi olubƏrəstun Mahmudov adına 220 saylı məktəb - liseyin 10R sinif şagirdi Nihal Hüseynzadə ilk mərhələsi Azərbaycanda keçirilən, final mərhələsi isə Texas ştatının Hyuston şəhərində keçirilən Kopernik adına beynəlxalq fizika və astronomiya olimpiadasında dünya ikincisi olub.

Avrasiya.net xəbər verir ki, “Amerikada 5 gün səfərdə olduğumuza görə imtahanla yanaşı bir çox qrup işləri və proyektlər həyata keçirdik”,-deyən Nihal Hüseynzadə “qeyd etmək lazımdır ki, NASA, Rice universiteti və Hyuston dövlət muzeyi kimi əhəmiyyətli təhsil və mədəniyyət mərkəzlərində geniş təcrübə topladıq”,-deyə vurğulayıb: “İmtahan nəticələrinə gəldikdə isə Azərbaycan millisini təmsil edən 24 nəfərdən 2-si qızıl 12-si gümüş 7-si bürünc olmaqla ümumilikdə 21 nəfər 3 yerdən birinə layiq görüldülər.

Reytinqdə isə bu nəticə ilə Azərbaycanı 1- ci yerə daşıdıq. Bu qələbəmi şəhidlərə, qazilərə və onların ailələrinə həsr edirəm. Dövlət bayrağımızı başqa ölkədə havalara qaldıran və dünyaya bir daha gücünü göstərən Azərbaycan vətəndaşı olaraq Ümumilli liderin dediyi: "Təhsil millətin gələcəyidir" sözündən yola çıxaraq gələcəyimizi daha da inkişaf etdirəcəyimə, dövlət bayrağı və himni ilə daima ucalara yüksələcəyimə söz verirəm”.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər