Sizin Reklam Burada

Fazil Mustafanın vəkili təhsil sisteminin yeniləşməsi və islahatların aparılmasının vacibliyindən danışıb

Fazil Mustafanın vəkili təhsil sisteminin yeniləşməsi və islahatların aparılmasının vacibliyindən danışıb2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İTV-nin radiosunda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Könül Quliyeva namizədin seçki platformasında təhsil sisteminin formalaşdırılması, yenidən qurulması və islahatların aparılması üçün vacib, əhəmiyyətli məqamlara toxunub.

O, qeyd edib ki, F.Mustafanın seçki platformasında təhsil sistemində yeniliklər formalaşdırılması xüsusi yer tutur: "Təhsilin keyfiyyyətinə nəzarət–bu təhsil müfəttişlərinin yoxlaması demək deyil! Fazil Mustafa üçün həyati məsələ təhsildir. Həm də Siam ekizləri kimi bir-birindən ayrılmaz təlim və təhsil.
Bu gün ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsindən çox danışılır. Amma necə? Şübhəsiz ki, təhsilin keyfiyyətinin yüksəl- dilməsi, ümumilikdə, bir çox amillərlə bağlıdır. Ancaq bu amillərdən mühüm olanlarından biri də keyfiyyətə nəzarət mexanizmləri ilə bağlıdır.

Artıq müəllimlik şagirdi bazar şərtlərinə və rəqabətə hazır- layan texniki bir iş səviyyəsinə salınmışdır. Bu müəllim tipi ictimai məsuliyyətlərdən uzaqlaşmış, vəzifəsi şagirdləri mərkəzi imtahanlara hazırlamağa bərabər olan mexaniki bir texnik-müəllim olaraq tanına bilir. Etik və ədalət cavabdehliyi daşımayan bir müəllimlik modeli ortaya çıxmışdır".

Vəkil vurğulayıb ki, sivil dünya təcrübəsinə görə təhsilin keyfiyyətinə ən effektiv nəzarət müstəqil ekspertlər və bütövlükdə vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilənidir. Belə ki, dövlət tərəfindən müəyyən edilən standartlar əsasında apanlan təhsil prosesinin keyfiyyətinin konkret nəticələr əsasında obyektiv şəkildə qiymətləndirilməsi üçün heç bir tərəfdən asılı olmayan müstəqil qiymətləndirməyə ehtiyac var: "Yalnız dövlət tərəfindən təhsilin keyfiyyətinə nəzarət edilməsi iki səbəbə görə effektiv deyil. Birincisi, təhsil standartlarını dövlət özü müəyyən edir ki, əgər təhsilin keyfiyyətsizliyi bununla bağlı olsa obyektiv və subyektiv olaraq bu ortaya çıxarılmayacaq. İkincisi, dövlət nəzarəti heç də şəffaf olmadığından, bu nəzarətin təhsilin keyfiyyətinə də real olaraq heç bir müsbət təsiri olmur.

Bir sözlə, ölkədə təhsilin keyfiyyətinin təmin edilməsinin zəruri şərtlərindən biri kimi keyfiyyətə müstəqil nəzarət mexanizmləri formalaşdırılmalıdır"

K.Quliyeva onu da qeyd edib ki, platformada 2005-ci ildən qoşulduğumuz Boloniya prosesindən ya imtina etməli, ya da ciddi şəkildə onun prinsiplərinə əməl etməliyik: "Ali məktəblərdə müəllim hazırlığına xüsusi diqqət yetirilməlidir. Tədris proqramları köklü şəkildə yenilənməli, öyrənilməsi gələcək pedaqoji fəaliyyətdə önəmli əhəmiyyət kəsb etməyən fənlər ümumiləşdirilməli və ya ixtisara düşməli, müasir çağırışlara cavab verə biləcək yeni fənlər əlavə olunmalıdır. Bu baxımdan gələcək müəllimlərin tədris edəcəkləri fənndən asılı olmayaraq sosiologiya, uşaq və yeniyetmə psixologiyası, məktəb gigiyenası, ailə təsərrüfatının idarə olunması, dünya xalqlarının mədəniyyəti və milli mədəniyyət, ünsiyyət mədəniyyəti, natiqlik qabiliyyəti kimi sahələri əhatə edən fənlərin tədrisi faydalı ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər