Sizin Reklam Burada

Xırdalanda Fazil Mustafanın seçicilərlə növbəti izdihamlı görüşü olub - FOTOLAR

Xırdalanda Fazil Mustafanın seçicilərlə növbəti izdihamlı görüşü olub - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Xırdalanda keçirib.

Avrasiya.net xəbər verir ki, budəfə də F.Mustafanın görüşü möhtəşəm və izdihamlı keçib. Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib, səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib. F. Mustafa iqtisadi və sosial sahədə yaranan problemlərdən danışıb. Daha çox təhsil sistemi üzərində dayanıb. O, qeyd edib ki, kadr hazırlığı prosesi davamlı xarakter daşımalıdır. Bunun üçün ilk növbədə təhsil sistemi yenilənməlidir, islahatlar aparılmalı, savadlı mütəxəssisin yetişdirilməsi üçün zəmin yaradılmalıdır. Onun fikrincə, tarixin istənilən anında dövlət və cəmiyyət qarşısında duran çağırışların cavabı təhsil sahəsində yetişdirilən texnologiyalarda və savadlı kadrlardadır.

F.Mustafa onu da vurğulayıb ki, bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq olar. Onun sözlərinə görə, ölkəmizin öz adət-ənənələri, öz milli-mənəvi dəyərləri, özünün uğurlu inkişafa aparan milli təhsil strategiyası olmalıdır. Sonda prezidentliyə namizəd seçicilərin çoxsaylı suallarını cavablandırıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər