Sizin Reklam Burada

Fazil Mustafa hüquq müdafiəçiləri ilə görüşüb - FOTOLAR

Fazil Mustafa hüquq müdafiəçiləri ilə görüşüb - FOTOLARBöyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafa hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Əhməd Qəşəmoğlu ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə 7 fevralda keçiriləcək Prezident seçkilərinə hazırlıq prosesi, namizədlərin təbliğat və təşviqat kampaniyaları, seçici aktivliyi və seçki prosesinə aid digər məsələlər müzakirə olunub. F.Mustafa əvvəlcə qonaqları seçki platrorması və proqramı ilə tanış edib. Qeyd edib ki, o, seçkiyə “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifah dövləti Azərbaycan!” şüarı ilə qoşulub: "1 həyati + 50 vacib məsələ” adlı seçki platformamız hazırdır. Həyati məsələ kimi təhsil problemi qabardılıb. Vacib məsələlərdə isə ölkə həyatının bütün sahələrini əks etdirən, beynəlxalq siyasətdən tutmuş, sosial məsələlər, daxili siyasət, idarəetmə islahatlarına qədər hər bir məsələ öz əksini tapıb. Ayrı-ayrı bəndləri təbliğat-təşviqat üçün nəzərdə tutulmuş qəzetlərdə, eyni zamanda sosial şəbəkə vasitəsilə yayacağıq. Bu kampaniyada hər bir məsələyə fərqli baxışımızı ortaya qoymağa çalışmışıq".

Artıq bir neçə yerdə izdihamlı görüşlər keçirildiyini deyən F.Mustafa seçicilərin bu görüşlərdən məmnun qaldıqlarını və gələn həftədən yeni görüşlərin keçiriləcəyini hüquq müdafiəçilərinin nəzərinə çatdırıb.

Hüquq müdafiəçiləri də öz mövbələrində F.Mustafamın təbliğat və təşviqat kampaniyası çərçivəsində görüşlərini, eyni zamanda İTV-də çıxışlarını izlədiklərini, orada söylədiyi fikir, gündəmə gətirdiyi problemlər və onların çıxış yolları ilə bağlı arqumentlərlə razılaşdıqlarını bildiriblər.

Sonda F.Mustafa hüquq müdafiəçilərinin suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər