Sumqayıtda “Azərbaycan Mənim Vətənimdir” adlı tədbir keçirilib - FOTOLAR
“Azərbaycan Vətənpərvərlər”İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Azərbaycan Mənim Vətənimdir” layihəsi baş tutub.
Tədbir Sumqayıt şəhər Gənclər Evində keçirilib.
Tədbirdə əfsanəvi taborun şəhid ailə üzvləri , qazilər və şəhər ictimayəti iştirak edib.
“Azərbaycan Vətənpərvərlər”İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri ,Xüsusi Təyinatlı Qüvvələrin Ehtiyyatda olan Hərbi qulluqçusu Mahir Məmmədov tədbirin məqsəd və məramı barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə bildirilib ki, Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən. Mənim vətənim Azərbaycandır. Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çoxəsrlik tarixini vərəqləyək.
Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda respublikamızda yaşı bir neçə min il olan Azıx mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.
Sonda hər kəsə 7 Fevral tarixində keçiriləcək Prezident seçkilərində fəal iştirak etmək tövsiyyə olunub və “Azərbaycan Vətənpərvərlər”İctimai Birliyinin yeni üzvlərinə vəsiqələr, eləcədə təşəkkürnamələr təqdim edilib.





Son xəbərlər
