Sizin Reklam Burada

Ağsaqqallar Şəhidlər Xiyabanını ziyarət etdilər

Ağsaqqallar Şəhidlər Xiyabanını ziyarət etdilərBu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Avrasiya.net xəbər verir ki, ziyarətdə iştirak edən Azərbaycan Ağsaqqllar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – Tahir Süleymanov, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – akademik Abel Məhərrəmov, professor Misir Mərdanov, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, təşkilatın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədr və müavinləri ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyərək unudulmaz xatirələrini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.

Ziyarət zamanı Azərbaycan Ağsaqqllar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev qanlı 20 Yanvar faciəsinə ilk etiraz səsini ucaldan və hadisəyə siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyevin tarixi fikrini xatırladıb: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir.”

Sonra o əlavə edib ki, bu gün bütün şəhidlərmizin ruhu şaddır, çünki qalib xalqımızın qalib Lideri, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. Hazırda üçrəngli bayrağımızın dalğalandığı həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Məcburi köçkünlərimiz doğma yurd-yuvalarına, ata-baba ocaqlarına qayıdırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər