Komitə sədri növbəti dəfə vətəndaş qəbulu keçirib - FOTOLAR
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə, qəbul üçün müraciət edən bir qrup vətəndaşla görüşüb.
Avrasiya.net xəbər verir ki, bu, Mədəniyyət Komitəsinin 2024-cü il üzrə ilk qəbuludur. Milli Məclisdə baş tutan qəbulda vətəndaşlar, o cümlədən incəsənət xadimi, mədəniyyət işçisi, qazi və başqaları öz qayğılarını bölüşüb, onları maraqlandıran müxtəlif məsələlərlə bağlı Komitə sədrinə suallar ünvanlayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Ağarəhim qızı Axundova, qazi Həbib Aydın oğlu Namazov və qəbula gələn digər vətəndaşları ətraflı dinləyən Fazil Mustafa, toxunulan məsələlərlə bağlı öz fikirlərini bölüşüb, əlaqədar dövlət orqanları ilə müzakirələr aparacağını, müvafiq müraciət məktubları yazacağını bildirib.


Son xəbərlər
