Fazil Mustafa "Seçki Müşahidə və Təhlil Qrupu" koalisiya təsisçiləri ilə görüşüb - FOTOLAR

Fazil Mustafa "Seçki Müşahidə və Təhlil Qrupu" koalisiya təsisçiləri ilə görüşüb - FOTOLARDünən Böyük Quruluş Partiyasının qərargahında Prezidentliyə namizəd Fazil Mustafa "Seçki Müşahidə və Təhlil Qrupu" koalisiya təsisçiləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, koalisiya Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz (sədr Rafiq İsmayılov), Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (sədr Mirvari Qəhrəmanlı) və "Multimedia" İnformasiya Sistemləri və Texnalogiyaları Mərkəzi (sədr Osman Gündüz) tərəfindən yaradılıb.

Görüşdə əsasən 7 fevralda keçiriləcək Prezident seçkilərində namizədin seçkiqabağı təşviqat kampaniyasının gedişi müzakirə olunub. F.Mustafa qonaqlara ölkədə baş verən ictimai-siyasi proseslər, seçki kampaniyasının gedişi və digər məsələlərlə bağlı məlumat verib. Namizəd onları seçki platforması ilə tanış edib, fikir mübadilələri aparılıb. Prezidentliyə namizəd sonda koalisiya təsisçilərinin suallarını cavablandırıb, onlarla səmimi söhbətlər aparıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər