Bakıda çayxanada taksi sürücüsü bıçaqlanıb
Dərc olunub:
17-01-2024, 06:24
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Əmirov Yədulla Kazım oğlu çayxanada tanışı ilə mübahisə edib.
Mübahisə zamanı o, bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinin cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Y.Əmirov taksi sürücüsü kimi fəaliyyət göstərir.
Son xəbərlər
