Şahin Rzayev azadlığa buraxıldı
Dərc olunub:
16-01-2024, 20:09
Jurnalist Şahin Rzayev azadlığa buraxılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.
“Azadlıqdayam. Dəstəyiniz üçün təşəkkürlər. İndi dincəlim, sonra daha ətraflı yazaram”,- jurnalist yazıb.
Qeyd edək ki, Şahin Rzayev inzibati xəta törətməkdə təqsirli bilinərək ötən gün həbs edilib. Məhkəmə onun barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.
Son xəbərlər
