DQİDK sədri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə görüşüb

DQİDK sədri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə görüşübYanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gələn Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

GMİ-yə şeyx seçilməsi münasibətilə Faiq Nəbiyevi təbrik edən DQİDK sədri gələcək fəaliyyətində ona uğurlar arzu edib. Mübariz Qurbanlı bildirib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iki dövlət arasındakı münasibətlər Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin məqsədyönlü fəaliyyəti sayəsində yeni mərhələyə yüksəlib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən Komitə sədri Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.

Son dövrdə müvafiq sahədə Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edən M.Qurbanlı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin ölkəmizə, habelə Azərbaycan nümayəndə heyətinin ötən il Gürcüstana etdiyi səfərləri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qiymətləndirib. İki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Mübariz Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikulturalizm və tolerantlıq modelindən söhbət açıb. Bildirib ki, ölkəmizdə bugünədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan qeydiyyata alınmış dini icmaların 958-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

GMİ-nin şeyxi Faiq Nəbiyev qəbula görə təşəkkürünü ifadə edərək Azərbaycanın nümunəvi birgəyaşayış modelinin önəminə diqqət çəkib. Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin özünü bütün sahələrdə göstərdiyini bildirib. Fəaliyyəti dövründə dini sahədə əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, görüşdə nümayəndə heyətinin üzvləri, Dövlət Komitəsi və tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmi şəxsləri ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Salman Musayev də iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər