Səbuhi Məmmədli süni tənəffüs aparatına qoşuldu

Səbuhi Məmmədli süni tənəffüs aparatına qoşulduTanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

***

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.

TƏBİB-dən verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, jurnalistin vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər