Su qıtlığından əziyyət çəkən həssas qruplara dəstək təşəbbüsü davam edir

Su qıtlığından əziyyət çəkən həssas qruplara dəstək təşəbbüsü davam edirQadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Biləsuvar və Masallı rayonlarında "Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnmə və iqtisadi güclənmə" təşəbbüsünü uğurla davam edirilir.

İcrasına sentyabr ayından başlanılmış təşəbbüs çərçivəsində Biləsuvar rayonu ərazisində baramaçılıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə 5 ha ərazidə 42000 ağacın əkini aparılıb. 2024-cü ildə əlavə olaraq 30000 tut tinginin əkilməsi nəzərdə tutulur.
Masallı rayonunda isə müvafiq olaraq, rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun iştirakı ilə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə təşəbbüs barədə təqdimat görüşü keçirilib.

Layihənin əsas məqsədi su qıtlığından əziyyət çəkən region əhalisini mövcud xammaldan istifadə edərək iqtisadi güclənməni təmin etmək yeni vərdişlərə yiyələndirməkdir. Həmçinin layihədə ekoloji faydalılıq prioritet istiqamət kimi nəzərdə tutulub.

2024 -cü ilin iyul ayına qədər davam edəcək təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsi çərçivəsində aparılır.

Təşəbbüsün həyata keçirilməsində əsas tərəfdaş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyidir. Qeyd olunmalıdır ki, fəaliyyətlərin icrasına Biləsuvar və Masallı Rayon İcra Hakimiyyətləri dəstək göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər