57 yaşlı kişi evinin həyətində intihar etdi
Dərc olunub:
9-01-2024, 12:18
Şabran rayonunda intihar hadisəsi olub.
Avrasiya.net-in məlumatına görə, Şabran rayonunun Rəhimli kəndində fərdi yaşayış evinin həyətində 1967-ci il təvəllüdlü Kərimov Vüqar Qüdrətdin oğlu özünə qəsd edib.
V.Kərimovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
