Şirvanda 74 yaşlı kişi qətlə yetirilib, oğlu saxlanılıb
Dərc olunub:
8-01-2024, 10:54
Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Avrasiya.net-ə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
