BDU-nun tələbəsi dəm qazından boğuldu
Dərc olunub:
6-01-2024, 19:24
Bakı Dövlət Universitetinin tələbəsi dəm qazından boğulub.
Avrasiya.net xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Məlumata görə, BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Sənan Mahir oğlu Qasımov dəm qazından boğularaq vəfat edib.
BDU rəhbərliyi tələbənin faciəli vəfatı ilə bağlı başsağlığı verib.
Son xəbərlər
