Milli Qəhrəmanla səmimi görüş

Milli Qəhrəmanla səmimi görüşYanvarın 5-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla Krasnoyarsk diyarının regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini Azər Mustafayev, Saloğlu Şirkətlər Qrupunun rəhbəri Tacəddin Mustafayev və ehtiyatda olan polkovnik, Birinci Qarabağ Müharibəsinin veteranı Mehman Qədiməliyevin görüşü olub.

Görüşdə Prezident İlham Əliyevin apardığı uzaqgörən və düşünülmüş siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümüzün tam bərpa edilməsi böyük qürur hissi ilə vurğulanıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar dilənib.

Həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait xüsusi qeyd edilib.

Görüş iştirakçıları dünya azərbaycanlılarının həmrəyliyi, xaricdəki soydaşlarımızın cənab Prezidentin ətrafında birləşməsinin önəmini vurğulayıblar. Məhz bu birliyin qarşıdan gələn növbədənkənar prezident seçkilərində də olmasının vacibliyi xatırlanıb.

Milli Qəhrəman İbad Hüseynov ona göstərilən diqqətə görə qonaqlara təşəkkür edərək yeni ildə onların hər birinə uğurlar arzu edib.

Mənalı və yaddaqalan görüşün sonunda xatirə şəkli çəkilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər