Cəlilabadda tələbə qızılcadan vəfat etdi
Dərc olunub:
4-01-2024, 17:18
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
Son xəbərlər
