Bakıda yeniyetmə adam bıçaqladı
Dərc olunub:
2-01-2024, 11:50
Dekabrın 31-də axşam saatlarında Qobu Park yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
