Vəkil özünü niyə yandırdı? - Müstəntiqə 10 min verib..

Vəkil özünü niyə yandırdı? - Müstəntiqə 10 min verib..Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil Bürosunun üzvü Zaur İsa oğlu Məmmədov üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.

O, dostu ilə sonuncu dəfə cümə günü Vatsap vasitəsilə danışdığını bildirib:

"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyi ilə hədələdiyini qeyd etdi".

Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:

"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını məsləhət gördüm. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər