Nə bilim vallah...

Nə bilim vallah...Deməli, TƏBİB -in icraçı direktoru Vüqar Qurbanov AZƏRTAC-a müsahubəsində: “Xaricdə təhsil almış həkim- mütəxəssislərin maaşlarına 5000 manat həvəsləndirici əlavələr müəyyən olunub” - deyə bildirib. Direktor fikrini tibb müəssisələrinin yüksək ixtisaslı həkimlərlə təmin edilməsi adı ilə əsaslandırıb.

Vüqar müəllimin bu fikirləri ilə tam razı deyiləm. Əlbəttə ki, həkimlərin əmək haqlarının qaldırılması çox vacibdir. Ancaq ki, dediyimiz bu vacibliyə yanaşma tam yanlışdır. Qərar Azərbaycanda ali tibbi təhsili hörmətdən salan, nəhayət ki, məhvə aparan addımdlr. Bu hüquq və ədalət prinsipinə zidd olan ayrıseçkilikdir. Mütləq qeyd edək ki, onsuz da Emin Amrullayev in rəhbərliyi ilə təhsil sistemi xəstə halından "koma"ya düşüb. Ancaq bu cür acınacaqlı vəziyyətdə belə, Azərbaycan ali tibb müəssisələrində təhsil alan çox yüksək bacarıqlı, peşəkar həkimlərimiz kifayət qədərdir. Azərbaycanda və hətta tibb üzrə dünyanın aparıcı mövqeyində olan İsrail, Almaniya, Türkiyədə, həmçinin Rusiyada, İranda, Gürcüstanda fəaliyyət göstərən dünya şöhrətli çoxku azərbaycanlı həkimlərimiz var hansı ki, məhz təhsillərini Azərbaycan Tibb müəssisələrində alıblar. Bəs bu faktları necə inkar etmək olar?!

Vüqar müəllimin "xarici mütəxəsis" yanaşmasının bəlkə başqa məqsədləri var olsun ki, Vüqar müəllim demək istəyir ki, ümumən Azərbaycanda təhsil yoxdur. Dolayısı bunu etiraf da hesab etmək olar.

Yox əgər, Vüqar müəllim səmimidirsə, onda xarici, daxili mütəxəssisə, həkimlərə heç bir fərq qoymadan, bacarığına görə onların maaşlarını qaldırsın.
Vüqar müəllimin əsasız olaraq xarici təhsilliləri özününkülərdən daha ağllı, bacarıqlı və üstün tutması isə məndə ayrıca qeyri-müəyyən fikirlər yaradır. Amma ki, qənaətimin, fikirlərimin yanlış olduğuna özümü inandırmaq istəyirəm.
Nə bilim...

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər