Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat
Dərc olunub:
1-01-2024, 23:16
Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.
Vurğulanıb ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bu gün vəkil Zaur Məmmədov özünü Nərimanov rayonu ərazisində yandırıb.
Son xəbərlər
