Azərbaycan ekoloji terrorla üzləşmiş ölkədir

Azərbaycan ekoloji terrorla üzləşmiş ölkədirAzərbaycanın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd etməyə tam haqqı çatır. Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə Sərəncam imzalaması da ölkəmizin bu istiqamətdəki səylərindən və xoş məramından xəbər verir.

BMT-nin 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi edəcəyi ilə bağlı qərar qəbul etməsinin ardınca rəsmi Bakının 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bir-birinin məntiqi davamıdır. Bu onu göstərir ki, Azərbaycan hökuməti ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliklərinə qarşı mübarizə və “yaşıl enerji”yə keçid məsələlərinə həqiqətən də böyük önəm verir və xüsusi həssaslıqla yanaşır.

Dünyanın aparıcı neft və qaz ixracatçısı olan ölkələr sırasında yer alan Azərbaycan bəşəriyyəti narahat edən aktual qlobal problemlərin həlli proseslərində fəal iştirak etməyi də vacib hesab edir. İqlim dəyişikliyi ilə mübarizə Azərbaycan üçün prioritet məsələdir. Çünki Azərbaycan 30 il ərzində işğalçı Ermənistanın yürütdüyü ekosid siyasətindən əziyyət çəkib. Ölkəmizin flora və faunası, su hövzələri, çayları həmin dövrdə sözün əsl mənasında barbar münasibətə məruz qalıb.

Azərbaycan ekoloji terrorla üzləşmiş ölkədir. Bu mənada ekoloji fəsadlar və iqlim dəyişikliyi hamı kimi bizim ölkəmiz üçün də əsas qlobal problemlərdən biridir. Ona görə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ekoloji problemlərə və iqlim dəyişikliyinə hamıdan çox diqqət ayıran, bu istiqamətdə beynəlxalq təşəbbbüsləri fəal surətdə dəstəkləyən ölkə də məhz bizik. Elə BMT də məhz bu amili əsas götürərək COP29-a sədrliyin Azərbaycana həvalə edilməsinə qərar verdi.

COP29-un Azərbaycanda keçirilməsi qərarı həqiqətən də əlamətdar hadisədir. 120-dən çox ölkənin Azərbaycanın səriştəli və şəffaflığa açıq bir ölkə kimi COP29-a ev sahibliyi etməsi üçün dəstək verməsi mühüm əhəmiyyət kəsb edir. Bu onu göstərir ki, beynəlxalq birlik Azərbaycanın qlobal iqlim dəyişikliyinə qarşı mübarizə işinə ciddi töhfə verəcəyinə həqiqətən də əmindir. Yaşıl enerjiyə keçidi fəal dəstəkləyən və 2024-cü ili Yaşıl dünya naminə qlobal həmrəylik ili elan edən Azərbaycan dünyada iqlim dəyişikliyinə qarşı mübarizənin lideri kimi tanınacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər