"Qalaltı" hotelin işçiləri şirkətin 2 avtobusunu satdılar

"Qalaltı" hotelin işçiləri şirkətin 2 avtobusunu satdılarŞabran rayonunda fəaliyyət göstərən “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Avrasiya.net xəbər verir ki, istintaqla cəmiyyətin işçiləri Seyfəddin Cəfərli və Ehtiram İbrəhimovun qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilən MMC-yə məxsus 2 ədəd “Hyundai County” markalı avtobusları ümumilikdə 121 min 400 manata sataraq əldə olunan pul vəsaitlərini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı MMC-yə vurulmuş ziyanın 75 min manat hissəsinin ödənilməsi təmin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər