Vətənin cəsur döyüşçüləri 2” adlı kitabın təqdimatı keçirilib

Vətənin cəsur döyüşçüləri 2” adlı kitabın təqdimatı keçirilibSabirabad Gənclər Evində “Vətənin cəsur döyüşçüləri 2” adlı 3 dildə olan kitabın ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, kitabın müəllifləri “Əsgərə Xatirə” layihəsinin rəhbəri, ictimai xadim və xeyriyyəçi Nuranə Şixəliyeva, Tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin və Respublika Veteranlar Təşkilatı Sabirabad rayon filialının sədri Faiq Hüseynovdur.

Kitab vətən müharibəsində qəhrəmanlıq göstərmiş Sabirabad rayonunun igid oğullarının şücaətindən bəhs edir.

Tədbirdə şəhid anaları, Vətən müharibəsi qaziləri, rayon icra hakimiyyəti başçısının müavini, idarə, müəssisə və təşkilat nümayəndələri, ictimai xadimlər və fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Nuranə Şixəliyeva kitabın ərsəyə gəlmisində əməyi olan hər kəsə təşəkkür edib. Bildirib ki, şəhidlərimiz ən ali qürur mənbəyimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən böyük vəzifəsidir.

Kitab oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Sonda təqdimatda çıxış edənlər kitabla bağlı öz fikirlərini bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər