Bakıda maşın məscidin hasarına çırpıldı: 1 ölü, 3 yaralı

Bakıda maşın məscidin hasarına çırpıldı: 1 ölü, 3 yaralıBakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobili məscidin hasarına vurub.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb.

Bundan başqa, digər sərnişinlər - Xan İlqar oğlu Şirəliyev və Nihad Ziyadxan oğlu Mehdizadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər