DAYAQ Həmrəylik və Vəkillər günü ilə bağlı təltifetmə mərasimi keçirib

DAYAQ Həmrəylik və Vəkillər günü ilə bağlı təltifetmə mərasimi keçiribDayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İydə Parfum, Konor İnşaatın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində dünya Azərbaycanlılarının həmrəylik günü və vəkillər günü ilə bağlı şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqlarının müdafiəsi sahəsində xüsusi xidmətlərinə görə vəkillərin təltif edilməsi mərasimi keçirilib.

Təltif edilmə mərasimində Millət Vəkilləri, vəkillər, şəhid ailələri, qazilər, İctimai-siyasi fəal şəxslər iştirak edərək çıxış ediblər.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində gördüyü uğurlu fəaliyyətdən söz açdılar. Bildirdilər ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinə daima diqqət və qayğı ilə yanaşıb.
Natiqlər qeyd etdilər ki, ulu öndərin əsasını qoyduğu hüquqi, sosial siyasət kursu müzəffər Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Tədbirlə bağlı Dayaq Vətən Müharibəsi Əlilərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev zəngin və çoxşaxəli fəaliyyətində hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət hər zaman ön planda olub.

Dahi lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinə hüquqi problemlərinin aradan qaldırılması, sosial problemlərinin həllinə xüsusi diqqət göstərib.







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər