Bakıda narkotik satan 22 yaşlı qız saxlanıldı - Foto

Bakıda narkotik satan 22 yaşlı qız saxlanıldı - FotoXətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, paytaxt sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-təvəllüdlü Ramilə Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar.

Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının noyabr-dekabr aylarında həyata keçirdikləri silsilə əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə "tiryəkxana" təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər