Mətbuat Şurası məlumat yaydı

Mətbuat Şurası məlumat yaydıAzərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Bakı xəbər” qəzetinin saytında 24 dekabr 2023-cü il tarixdə yayımladığı “Saytlar tərəfindən məqalələrin özününküləşdirilməsi yolverilməzdir” sərlövləli açıqlamasında ona məxsus elmi yaradıcılıq nümunələrinin müxtəlif saytlar tərəfindən özününküləşdirilməsinə etiraz edib və belə hallara qarşı mübarizədə Azərbaycan Mətbuat Şurasının fəaliyyətini daha da gücləndirməli olduğunu vurğulayıb.

Mətbuat Şurasından Avrasiya.net-ə bildirilib ki, Şura mediada ümumən peşə pozuntularını “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsasən müəyyənləşdirir.

"Qaydaların “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 5-ci prinsipinin 5.6-cı bəndində bildirilir ki, “Plagiat yolverilməz hərəkətdir. Bütün hallarda ədəbi oğurluğun hər hansı forması qəbuledilməzdir. Jurnalist müəlliflik hüquqlarına və müəlliflik hüquqlarına dair müqavilələrin şərtlərinə hörmətlə yanaşmalıdır. Jurnalist media vasitələrindən götürməklə, istifadə etdiyi bütöv materiallar və ya qısa çıxarışların mənbələrini hər bir halda göstərməlidir. Jurnalist digər media vasitələrində dərc olunmuş bütöv materiallardan və ya geniş həcmli çıxarışlardan təkrarən istifadə etdikdə, mütləq müvafiq müəllif və media vasitələrini xəbərdar etməli və həmin mənbələri göstərməlidir”.

M.Zülfüqarlının məlum açıqlamasında ifadə etdiyi narazılıq başadüşüləndir. Alimin narahatlığını anlayışla qarşılayırıq. Mətbuat Şurası media orqanlarını, jurnalistləri ayrı-ayrı şəxslərin zehni və yaradıcılıq əməyindən istifadədə həssas davranmağa, bu zaman “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə riayət etməyə, plagiatdan və onun müxtəlif təzahür formalarından uzaq durmağa çağırır", - açıqlamada deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər