Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilib

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin payız əkin mövsümündə təşkil etdiyi növbəti ağacəkmə tədbiri bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və əməkdaşlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilib.

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 700-dən artıq Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Qeyd edək ki, “Heydər Əliyev ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri zamanı ölkə ərazisində il ərzində 3 milyondan artıq ağac əkilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər