İtkin düşən gəncin meyiti tapılıb - Foto

İtkin düşən gəncin meyiti tapılıb - FotoNoyabrın 20-də Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində tapılan naməlum kişi meyiti noyabrın 9-da Bakıya, qonaq gələn 28 yaşlı Göyçay rayon sakini İbrahim Nəzərlidir.

Bu barədə Avrasiya.net-ə onun qohumlarından deyilib.

Onun ölüm səbəbi araşdırılır, özünə qəsd etməsi və ya öldürüldüyü ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.

Tapılan meyitin boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır. Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi olmayıb.

Xatırladaq ki, Bakıya, qonaq gələn 28 yaşlı Göyçay rayon sakini İbrahim Nəzərli noyabr ayının 9-da, saat 15:00 radələrində, dostları ilə görüşmək üçün Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

O, Kubinkada yerləşən "Boranı" restoranında olub. Gecə saat 1 radələrindən ordan uzaqlaşıb daha sonra nə görən olub, nə də telefonuna zəng çatıb.

Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ-qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkcəsi olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər