Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb
Dərc olunub:
22-12-2023, 08:37
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Hadisə “Ceyranabatan bağları” yaşayış massivində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Bayramov Samir Sadiq oğlu münaqişə zəminində bıçaqlanıb.
Ona xəsarət yetirməkdə qohumu, 1977-ci il təvəllüdlü Əliyev Nazim Əliş oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
