Baş Prokurorluq bir sıra qurumlara xəbərdarlıq etdi

Baş Prokurorluq bir sıra qurumlara xəbərdarlıq etdiBaş Prokurorluq ekoloji hüquqpozuntularına qarşı mübarizəni davam etdirərək həm pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı belə pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji pozuntuların təhlil edilməsi ilə müəyyən edilmişdir ki, yaşıllıqların uçotu və qeydiyyatı, həmçinin reyestrin formalaşdırılması və aparılması sahəsində yerli icra və özünü idarəetmə orqanlarının faəliyyəti lazimi səviyyədə təşkil edilmir.

Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot və monitorinqini apararaq bu barədə məlumatları yaşıllıqların kadastrınının aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə ekoloji hüquqpozuntularının törədilməsinə şərait yaratmışlar.

Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər