QHT Agentliyi 2024-cü ilin qrant layihələrini müzakirə edib
Dərc olunub:
20-12-2023, 21:53
Dekabrın 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Avrasiya.net xəbər verir ki, iclasda 2024-cü ilin qrant müsabiqələrinə təqdim edilən layihələrlə bağlı vəziyyət müzakirə olunub. Bildirilib ki, Agentliyə daxil olmuş layihələrin hazırda texniki ekspertizası uğurla davam edir. QHT-lərin bu müsabiqələrə müraciətdə yüksək fəallığı müsbət qiymətləndirilib.
İclasda 2024-cü ildə görüləcək işlər müzakirə edilib, qarşıda duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
