Fəzail Ağamalının oğlunun ölkədən çıxışına qadağa qoyula bilər

Fəzail Ağamalının oğlunun ölkədən çıxışına qadağa qoyula bilərDeputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı növbəti dəfə məhkəməlik olub.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb.

Millət vəkilinin oğlu bir müddətdir vergi borcunu ödəmədiyi üçün adıçəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, daha öncə rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün məhkəməlik olmuşdu. Bundan başqa, deputat oğlu “Altus” MMC-nin sahibi kimi də tanınır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər