"Qüvvət elmdədir" adlı intellektual yarışın final oyunu keçirilib

"Qüvvət elmdədir" adlı intellektual yarışın final oyunu keçirilibMənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında keçirilən "Qüvvət elmdədir" adlı intellektual yarışın final mərhələsi baş tutub.

Finalda Bakı şəhəri, Ağsu, Balakən, Yevlax, Neftçala və Cəlilabad rayonlarında keçirilmiş yarışlarda qalib gəlmiş komandalar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən final görüşündə Azərbaycanın mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri, eyni zamanda ümumi dünyagörüşü ilə bağlı suallar səsləndirilib.

Cəlilabadın "Bozqurd", Yevlaxın "Nəqşicahan", Neftçalanın "İstiqlal" komandaları həvəsləndirici yerə layiq görülüblər. Ağsu rayonunun "Alfa" komandası 3-cü, Balakən rayonunun "Suqovuşan" komandası 2-ci yerdə qərarlaşıb. Bakı şəhəri Xətai rayonu 287 saylı "Zəkalar" liseyinin "Zəkalar SR" komandası yarışın qalibi olub.

Finalda iştirak edən bütün komandaların üzvlərinə diplomlar, ilk üç yerin qalibinə qiymətili hədiyyələr təqdim olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər