FHN-in Akademiyasında beynəlxalq seminar keçirili

FHN-in Akademiyasında beynəlxalq seminar keçiriliFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda II beynəlxalq seminar keçirilib.

Avrasiya.net xəbər verir ki, seminarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Akademiyası, SOCAR, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi” publik hüquqi şəxs, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri iştirak ediblər. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Akademiyasının Xarici vətəndaşların hazırlanması üzrə İnstitutu və Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Akademiyasının nümayəndələri isə tədbirə onlayn formatda qoşulublar.

Seminarın keçirilməsində məqsəd neft sızmaları ilə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında sözügedən istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

Seminarda Xəzər dənizində və dünya akvatoriyasında mümkün neft sızmaları və bu sızmaların qarşısının operativ alınmasında birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, sözügedən sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin müvafiq ekosistemin qorunub saxlanılmasına mühüm töhfə verəcəyi vurğulanıb. Həmçinin, bildirilib ki, Xəzər dənizinin ekosisteminin qorunub saxlanması və onun çirkləndirilməməsi, mümkün neft sızmalarının qarşısının alınması və ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrin öyrənilib tətbiq edilməsi və qarşılıqlı mübadiləsi bütün aidiyyəti qurumların marağında olan məsələdir.

Tədbirdə seminar iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda seminar iştirakçılarına FHN Akademiyasının sertifikatları təqdim olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər