Dünya Türklərinin Birliyi bəyanat yayıb

Dünya Türklərinin Birliyi bəyanat yayıb
Redaksiyamıza daxil olan bəyanatda deyilir:

Son illər dünyada baş verən qlobal və siyasi dəyişikliklər, böyük güclərin mübarizəsi fonunda ölkəmizin yürütdüyü balanslı siyasət nəticəsində xalqımızın əldə etdiyi, eyni zamanda dünya hərb tarixinə qızıl hərflərlə yazmış olduğu Zəfər tarixi sayəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin olundu.

44 gün davam edən Vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində 30 il düşmən işğalında qalmış əzəli və tarixi torpaqlarımız işğaldan azad olundu.

Bu ədalət və haqq uğrunda mübarizədə xalqımız birlik və həmrəylik göstərərək Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bu vəhdətin sayəsində möhtəşəm qələbə qazanaraq adımızı dünya tarixinin səhifəsinə qızıl hərflə yazdırmış olduq.

Ədalət və haqq davamızda 30 il susqun qalmış super güclərin ölkəmizə qarşı təyziqlərinə, qara piarlarına baxmayaraq döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi ard-arda qələbələr ilə paralel siyasi və beynəlxalq arenada Ali Baş Komandanın sərgilədiyi əzmkarlıq, qətiyyətlilik və çevik diplomatik mübarizə sonda xalqımızın qələbəsi ilə sona çatdı.

7 dekabr 2023-cü il tarixində cənab Prezidentin sərəncamı ilə 7 fevral 2024-cü il ölkəmizdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan olundu.

“Dünya Türklərinin Birliyi” təşkilatı olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin namizədliyini birmənalı olaraq dəstəklədiyimizi və bunun seçki kompaniyasında fəaliyyətimizin əsas xətti olacağını bəyan edirik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər