MSK jurnalistlərə xüsusi mükafat verəcək
Dərc olunub:
16-12-2023, 17:00
Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlərə xüsusi mükafat verəcək.
Avrasiya.net xəbər verir ki, bu barədə MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.
