Müğənni Aysel Əlizadə Xoşqədəmə qarşı məhkəməni uddu

Müğənni Aysel Əlizadə Xoşqədəmə qarşı məhkəməni udduMüğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətıqızı ilə illərdir aralarında davam edən məhkəmənin bitdiyini bildirib.

Müğənni bu barədə sosial şəbəkə hesabında yazıb.

Ayselin sözlərinə görə, hər şey sübut olunub və məhkəmə onun lehinə qərar verib: "İlahi ədalət adlanan bir tərəzi var. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım. Qanun danışsın deyə, susdum. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə".

Xatırladaq ki, hər iki məşhur arasında gərginlik 2019-cu ildə başlayıb.

“Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

Bu ilin iyulun 25-də Bakı Apellyasiya Məhkəməsi Xoşqədəm Hidayətqızının vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 000 AZN təzminat ödəməsi barədə qərar qəbul edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər