Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq!

Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq!Dərələyəz icmasının təşkilatçılığı ilə Bərdə rayonu İmirli kəndində təşkil edilmiş Dərələyəz mahalı Folklor-etnoqrafik sərgisində iştirak etmək mənim yaddaşımda qədim yurd yerlərimizə olan sevgini artırmaqla o yerlərə qayıdacağımıza olan ümidlərimizi artırdı.

Hər zaman ailə böyüklərimizdən Dərələyəz mahalının əsrarəngiz gözləlliklərini əks etdirən Çivə, Qozulca kəndləri haqqındakı söhbətlərini heyranlıqla dinləyirdim.

Son zamanlar intensiv olaraq qatıldığım Dərələyəz icmasının tədbirləri bu xəyallarımızın gərçək olmasına olan ümidimizi daha da gücləndirdi. Deportasiya ilə bağlı nisgilli hekayələri oxduqda və dinlədikdə insanı heyrət bürüyür. Babalarımız bu ağrı-acını necə yaşayıblar? Əlbəttdə bizə bu əzabı yaşadan düşmənlərimizi yaxşı tanımalıyıq. Bu işdə biz gənclərin üzərinə böyük məsuliyyət düşür. Professor Mahirə Nağıqızının Çivə icmasının üzvləri ilə görüşündə söyədiyi kimi"biz o yerləri görüb gəlmişik amma gənclərə vətənimizi elə təbliğ etməliyik ki, onlarda da vətən ruhu və eşqi hər zaman alovlansın" sözləri məni çox düşündürdü. Bu cür tədbirlərdə iştirak etməklə gənclərimizin yurd sevgisinin daha da artacağına heç bir şübhəm yoxdur. Bizdən əvvəlki nəsil daşıdığı mənəvi ruhu bizdə daşımalı və gəlcək nəsillərə verməliyik.Ümmuli Lider Heydər Əliyev söylədiyi kimi “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!”
Bizə qələblər yaşatmış Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində Azərbaycan xalqının iradəsi ilə biz Qərbi Azərbaycana, Dərələyəzə doğma Çivə kəndimizə qayıdacağıq!

Nilgün Elnur qızı Nağıyeva
Dərələyəz mahalı Çivə icmasının üzvü
ADU-nun Beynəlxalq Münasibətlər fakultəsi IV kur tələbəsi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər