İcra başçısını təhqir edən şəxs həbs edildi

İcra başçısını təhqir edən şəxs həbs edildiSosial şəbəkələrdə və saytlarda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində təhqiramiz ifadələr işlədən və müxtəlif iddialar irəli sürən Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadə həbs edilib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, məhkəmə icra başçısının X.Salmanzadə barəsindəki böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasındakı şikayətinə baxıb. Ağdam Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, xeyli vaxtdır X.Salmanzadə Ağdamın icra başçısı ilə bağlı müxtəlif iddia və məlumatlar paylaşır. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər